Ermənistanın yeni rəhbərliyi danışıqlar prosesini məqsədli şəkildə pozur

"Ermənistan  BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə məhəl qoymur".

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. 

O, təəssüflə qeyd edib ki, Ermənistanın yeni rəhbərliyinin son bəyanatları danışıqlar prosesini məqsədli şəkildə pozur, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının möhkəmləndirilməsinə xidmət edir və bununla regionu yeni təhlükələrlə üz-üzə qoyur. 

Nazir müavini bəyan edib ki, danışıqlar prosesini pozulması və regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

X.Xələfov Ermənistan rəhbərliyini dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanımış sərhədlərinin pozulmamazlığı və Azərbaycanın bütün işğal olunan ərazilərinin şərtsiz azad olunması əsasında münaqişənin həlli istiqamətində konstruktiv mövqe tutmağa çağırıb. 

Reaksiya.az

Advertisement Banner

Şərhlər