Müdafiə Nazirliyi sərt bəyanat yayıb - Olacaqlara görə biz məsuliyyət daşımayacağıq - VİDEO

Baş verə biləcək itkilərə görə məsuliyyət, tamamilə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək
 

Azərbaycan Müdafiə Nazirliyi (MN) cəbhə bölgəsindəki vəziyyətlə bağlı bəyanat yayıb. Reaksiya.az bu barədə MN-nin mətbuat xidmətinə istinadən xəbər verir. 


Bəyanatda bildirilir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. Belə ki, işğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.

Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət, tamamilə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Reaksiya.az

Advertisement Banner

Şərhlər