Bolton Bakıya Qarabağla bağlı təkliflə gəlir? - Karasik

12.10.2018 12:16     Siyasi reaksiya     840

Boltonun Qafqaz səfəri İrəvanda bir neçə aylıq siyasi qarışıqlıqdan sonra Dağlıq Qarabağ məsələsinin Ermənistan tərəfi ilə həllinə cəhd kimi qiymətləndirilə bilər.

Bu sözləri ABŞ Qulf Analitik Mərkəzinin politoloqu, doktor Teodor Karasik ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Qafqaz səfərini şərh edərkən deyib.

Analitikin sözlərinə görə, Bolton Azərbaycanın geosiyasi əhəmiyyətinin böyüklüyünü nəzərə alaraq Bakının mövqeyini gücləndirməyə çalışır:

“Rusiya, əlbəttə ki, ABŞ milli təhlükəsizlik müşavirinin hazırda nə təklif edə biləcəyini görmək üçün baş verənləri diqqətlə izləyir. Əlbəttə, Bolton səfəri eyni zamanda İrana qarşı sanksiyaları gücləndirmək məqsədi daşıyır. Boltonun səfərinin mahiyyətindən biri də bu ölkələri İran sanksiyalarına razı salmaqdır”.(axar)

Reaksiya.az

Şərhlər