Azay Quliyev Berlində Azərbaycan-Almaniya münasibətləri və Dağlıq Qarabağ müzakirələrində çıxış etdi

16.10.2018 14:49     Siyasi reaksiya     773

Berlində Bundestaqın vitse-spikeri və deputatlarının, mətbuatın, müxtəlif qurum və beyin mərkəzlərinin iştirakı ilə Almaniya-Azərbaycan münasibətləri və eyni zamanda  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

Bu barədə Berlindəki müzakirələrdə iştirak edən Milli Məclisin deputatı, ATƏT PA vitse-prezidenti Azay Quliyev Quliyev tvitter hesabında yazıb. Sitat: "Berlində Bundestaqın vitse-spikeri və deputatlarının, mətbuatın, müxtəlif qurum və beyin mərkəzlərinin iştirakı ilə keçirilən konfransda Almaniya-Azərbaycan münasibətlərilə yanaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətraflı müzakirə edildi və maraqlı təkliflər oldu".

Reaksiya.az

Şərhlər