Boltonun səfəri və ermənilərin əndişəsi - politoloqlar ard-arda həyəcanlı rəylər verirlər

01.11.2018 13:31     Siyasi reaksiya     804

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz bölgəsinə səfəri zamanı verdiyi mesajlar ermənilərin ovqatını təlx edib.

Bunu onların rəsmi şəxslərinin, fikir adamlarının bəyanlarından, sosial şəbəkələrdə fəaliyyət göstərən nümayəndələrinin yazışmalarından görmək mümkündür.

“ABŞ rəsmiləri tərəfindən Dağlıq Qarabağ münaqişəsini tez bir zamanda həll olunmasının zərurəti ilə bağlı səsləndirilən son bəyanatlar Rusiyanın mövqelərini zəiflətmək, habelə Cənubi Qafqazda İrana qarşı fəaliyyət üçün meydan yaratmaq məqsədi daşıyır”.

Musavat.com arka.am saytına istinadən xəbər verir ki, bu sözlər İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan söyləyib.

Onun iddiasına görə, Ermənistandan fərqli olaraq Azərbaycan asanlıqla istənilən anti-İran kampaniyasına qoşular, lakin ölkə rəhbərliyi Rusiya ilə münaqişədən çəkinir.

“Faktiki olaraq ABŞ bölgəni Qarabağ münaqişəsinin nizamlanması ilə bağlayaraq Ermənistanın İranda asılılıq dərəcəsini azaltmaq istəyir. Təsadüfi deyil ki, Dağlıq Qarabağ probleminin həllinin zəruriliyi barədə bəyanatlar İrana yönəlik təhdidlərlə birgə səslənir”, - Voskanyan bildirib.

Американские заявления по Карабаху направлены против России и Ирана – иранист

Vardan Voskanyan

Digər ermənipərəst analitik, Coşua Kuçera eurasiadaily.com saytında özünün “Bolton Rusiya və İranı hədəf alıb, Ermənistan isə qurbana çevrilib?” başlıqlı yazısında ABŞ prezidentinin müaşvirini kəskin şəkildə tənqid eidb.

Müəllif Con Boltonun İrəvanda özünü qab-qacaq dükanındakı fil kimi apardığını qeyd edərək, “səfərdən sonra arxasınca tərəflərin toplamaq məcburiyyətində qaldığı geopoltik sınıqları və tör-töküntüləri buraxdığını” bildirir.

Onun fikrincə, ABŞ prezidentinin müşaviri ən təxribatçı bəyanatlarını İrəvanda verib. Boltonun sözləri erməni tərəfinin hiddətinə səbəb olmaqla yanaşı, olduqca neqativ izlər buraxıb.

Müəllif ABŞ-ın öncələr İran-Ermənistan münasibətlərinə, sonuncunun siyasi-coğrafi vəziyyətini nəzərə alaraq göz yumduğunu, lakin hazırda vəziyyətin dəyişdiyinə işarə vurur.

Картинки по запросу bolton pashinyan

O, Boltonun Ermənistan rəhbərliyinə ABŞ-ın bundan sonra situasiyanın bu şəkildə davam etməsinə dözməyəcəyini çatdırdığını bildirir.

Kuçeranın rəynə görə, məhz bu səbəbdən Con Bolton Ermənistanın Azərbaycanla olan münaqişəsini bitirməsini istədiklərini söyləyib.

Boltonun fikrincə, bu, həm də Türkiyə-Ermənistan, hətta Azərbaycan-Ermənistan sərhədlərinin açılmasına da şərait yarada bilər.

“Formal olaraq vəziyyət belədir. Lakin Ermənistanın ABŞ-ın İranı təcrid etmək siyasətinə dəstək vermək üçün dövlət kimi varlığına təhdid olaraq baxdığı Azərbaycanla münasibətləri yenidən gözdən keçirməli olması barədə fikir emənilər tərəfindən anlayışla qaşrılanmır”,- Kuçera qeyd edib.

Elə Paşinyanın Con Boltonla bağlı “o mənim adımdan danışa bilməz” tərzində əsəbi çıxışı da bununla bağlıdır.

Картинки по запросу bolton pashinyan

Yazıda ABŞ-ın Emrənistandakı səfiri Riçard Milsin Ermənistanda böyük hay-küy doğuran EVN Report saytına verdiyi müsahibəsinə də geniş şəkildə yer verilib.

Xatırladaq ki həmin müsahibədə Riçard Mills Qarabağ məsələsində istənilən həllin Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsinin geri qaytarılmasından keçdiyini bildirmişdi.

“Həm Boltonun, həm də Milsin açıqlamaları İrəvanda belə bir təəssürat yaradıb ki, Paşinyanın Qərbə doğru istənilən addımına sonuncu Ermənistanın mövqelərini anlamaqdan imtina etməklə cavab verir. Bundan başqa, Tramp administrasiyası Ermənistana bu cür ciddi addımlar atmaq əvəzində heç bir şey təklif etmir”.

“Ermənistan üçün rüsvayçı və təhlükəli Türkiyə-Ermənistan protokollarının imzalanmasından bu yana ABŞ İrəvanı özünün bölgədəki prioritetlərinə tabe etdirməkdən ötrü bu qədər təzyiq göstərməmişdi”, - Boltonun səfərini dəyərləndirən ermənilərin ABŞ-dakı “asbarez.com” saytı yazıb.

Coşua Kuçera isə ABŞ rəsmisinin bölgə ölkələrinə silah satmaqla bağlı sözlərinə də toxunub və bunun Ermənistan üçün təhlükə yaratdığını qeyd edib. “Aydın məsələdir ki bu qərar Azərbaycana daha çox yarayır. Çünki Bakının bahalı ABŞ silahlarını almağa pulu və imkanı daha çoxdur.

Ermənipərəst müəlliflərin fikirləri sosial şəbəkələrdə də geniş müzakirə olunub.

Bunu onların “tvitter” hesablarındakı yazışmalarından da görmək mümkündür.

TVİTTER 45.JPG (41 KB)

Ermənistann ABŞ və Kanadada yaşayan diaspora nümayəndələri Boltonu bəyanatlarına görə tənqid, hətta təhqir edirlər. Onlardan Vahe Balabanyan adlı istifadəçinin canfəşanlığı xüsusi diqqət cəlb edir. O və Shant adlı erməni sosial şəbəkə fəalı Boltonun fikirlərinin Ermənistanı Rusiyanın ağuşuna daha sıx sarılmasına səbəb olacağını yazır.

Bundan başqa, Böyük Britaniyanın Birrmingem universitetinin doktorantı Karen Avetisyan da Boltonun Ermənistandan İranla bağlı mövqeyini dəyişdirməsini tələb etmək üçün gəldiyini yazıb. O, ABŞ səfirinin Tehran-İrəvan uçuşlarını dayandırmağı belə istədiyini iddia edib.

Amerika Emərni Milli Komitəsi (ANCA) isə “asbarez” saytında Ara Xaçaturyanın Con Boltonu ağır tənqid etdiyi məqaləsinin linkini paylaşıb.

Reaksiya.az

Şərhlər