Milli Məclisdə erməni dilində... - Oqtay Əsədov bərk əsəbləşdi

“Hər kəs Azərbaycan dilini bilməyə borcludur. Kim burada deputatdırsa, zəhmət çəkib Azərbaycan dilində danışsın".

Bu sözləri spiker Oqtay Əsədov Milli Məclisdə deputatların mütləq Azərbaycan dilində çıxış etməsi ilə bağlı tələblərə edilən etiraza münasibət bildirərkən deyib.

Spiker bildirib ki, bütün deputatlar Azərbaycan dilində danışmağı bacarmalıdır:

“Mən burada erməni, ya da başqa dildə tərcüməçi əyləşdirməli deyiləm ki? Azərbaycanda olan ermənilərin hamısı Azərbaycan dilini yaxşı bilir. Kim Azərbaycan dilini bilmirsə, burada oturmamalıdır”.

Qeyd edək ki, millət vəkili Siyavuş Novruzov Milli Məclisdə iclasların Azərbaycan dilində keçirilməli olduğunu deyib. Lakin, onun sözlərinə görə, digər xalqların nümayəndəsi Azərbaycan dilində danışmaya bilər:

“Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və 8-i gəlib oturdu parlamentdə, onlar hansı dildə danışmalıdır? Onlardan elələri var ki, dili bilir, elələri var ki, dili bilmir. Yaxud da Azərbaycanda yaşayan digər xalqların nümayəndələri deputat seçilə bilər. Həmin şəxslərə öz dilində danışmaq hüququ verilməlidir”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər