Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib

16.01.2019 13:57     Siyasi reaksiya     734

Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş "SOCAR karbamid” zavodu istifadəyə verilib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
 
SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
 
Prezident İlham Əliyev zavodu işə saldı.
 
Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.
 






 

Şərhlər