Ziyalılara çağırış: "Üzə çıxın, düşmənçiliyi dayandırın!" - BİZİM REAKSİYA - VİDEO

09.02.2019 20:23     Siyasi reaksiya     902

"Reaksiya TV" nin efirində jurnalist Zaur Qəriboğlunun təqdimatında yayımlanan "Bizim reaksiya" verlişində bu dəfə Azərbaycan ziyalıları Anara, Elçinə, Firəngiz Əlizadəyə, Fərhad Xəlilova, Fərhad Bədəlbəyliyə, Zeynəb Xanlarovaya, Ramiz Rövşənə, Nəriman Həsənzadəyə, Arif Məlikova, Sabir Rüstəmxanlıya, Rafiq Əliyevə, Aqil Abbasa müraciət edilərək, Azərbaycan siyasətindən söyüş ritorikasının, düşmənçiliyin yığışdılmasıyla bağlı üzə çıxaraq, xalqı barışdırmaları xahiş edilib.
Eyni zamanda "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin də son günlər yaydığı videolara münasibət bildirilib.

Şərhlər