Şair Ramaldanov: Azərbaycanın səbri tükənib - Uduzan tərəf Ermənistan olacaq

Hakimiyyətə gəldiyi ilk gündən sərəm bəyənatları ilə gündəmdə olan Ermənistan baş naziri Paşinyan bir neçə gün bundan öncə İranda səfərdə olarkən Tehranın “Ararat” klubunda erməni icması ilə görüşü zamanı zalda “Qarabağ Ermənistanındır və son” plakatı asılıb və baş nazir bu fonda selfi çəkdirib.
 
 
 
Bundan başqa Ermənistan baş naziri Nikol Paşinyan Tehranda çıxışı zamanı "Kimsə düşünməsin ki, Qarabağ problemini danışıqlar yolu ilə həll etmək olar, kökündən yanılırlar. Bunu deyən anlamalıdır ki, qarşısında təkcə Ermənistanı yox bütün dünya ermənilərini görəcək" deyə sərsəm bəyanatlar verib. 
 
 
Paşinyanın bu mesajları Azərbaycanda müharibə anlayışını yenidən gündəmə gətirib. 
 
Reaksiya.az bu məsələlərə aydınlıq gətirmək üçün hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan tanınmış polkovnik Şair Ramaldanova müraciət edərək, "Paşinyan bu çıxışları ilə danışıqlar prosesinin üzərindən birdəfəlik xətt çəkərək müharibə ananosu dilə gətirirdi? Ümumiyyətlə Paşinyanın Tehran mesajlarının pərdəarxasında nələr gizlənib?" - sualları ətrafında fikirlərini öyrənməyə çalışıb.
 
 Şair Ramaldanov Paşinyanın Tehrandan səsləndirdiyi fikirlərə yönəlik suallarımıza münasibət bildirərkən qeyd etdi ki, "Bilirsiniz iş ondadır ki, Paşinyan hakimiyyətə küçə hərəkəti ilə gəlib. Ona görə də söylədiyi ifadə və verdiyi mesajlarla siyasətçiyə yaraşmayan küçə davranışına məxsus ifadələrlə siyasi məsələləri həll etmək istəyir.
Paşinyan hakimiyyətə gəldiyi vaxt Ermənistan cəmiyyətinə çox vədlər vermişdi. Daha sonra bu vədləri yerinə yetirə bilmədiyi üçün digər Ermənistan rəhbərlərinin də hər zaman kozor kimi istifadə etdikləri, deməyə sözləri olmadığı təqdirdə, cəmiyyətin fikrini yayındırmağa çalışdıqda Qarabağ məsələsini ortalığa atır və bu faktordan istifadə edərək çıxışlar edirlər.
Paşinyan kimi qeyri konstruktiv, məntiqsiz çıxış edən hələ ki, ikinci bir siyasətçı Ermənistan hakimiyyətində olmayıb. O, hakimiyyətə gələndən sonra " Azərbaycan güzəştə getməsə Ermənistan danışıqlara getməyəcək, Azərbaycan Ermənistanla yox Dağlıq Qarabağın separatçı icması ilə danışıqlar aparmalıdı" kimi sərsəm fikirlər söyləyib.
Onu da deyək ki, onun bu cür sərsəm, qeyri - peşəkar açıqlamaları bir müddət öncə Azərbayacan prezidentini hiddəti səbəb olmuş və ölkə başçımız "Bundan sonra bütün cavabdehlik Ermənistan üzərinə düşür" deyə sərt mesaj vermişdi. Ölkə başçısının bu mesajından sonra demək olar ki, beynəlxalq qurumlarda belə canlanma müşahidə edildi. Hətta o cümlədən Rusiyada da gördülər ki, artıq barıt qoxusu gəlir. Təbii ki, Paşinyan da bunu hiss edərək, Düşənbədə danışıqlar stolu arxasında oturdu və bu görüşdən sonra cənab prezident haqqında yüksək fikirlər səsləndirdi.
 
 
İndi isə Paşinyanın İran səfərində çoxlu bəyanatlar verir. Biz bilirik ki, Azərbaycan -İran arasındakı münasibətlər mürəkkəb tezisli münasibətdi. Həmçinin İranda olan ermənilərin bu ölkəyə təsirlərini də bilirik. Paşinyanın haya düşüb bu formatda danışmağı da yeni bir şey deyil.O da digər Ermənistan dövlət başçıları kimi erməni tarixi səhvini təkrarlayır. Anlamırlar ki, Azərbaycan respublikası əgər öz torpaqlarını hərb yolu ilə azad etməyə üstünlük versə Ermənistanı demək olar ki, faciə gözləyir.
Ona görə də Paşinyanın bu çıxışlarının arxasında Ermənistanın saf cəmiyyətinə təsir edə bilmək faktoru durur. Çünki bu gün haqlı olaraq Ermənistanın gələcəyi haqqında düşünən saf cəmiyyət sual verir ki, "biz gələcək nəslə hansı Ermənistanı saxlayacağıq, biz Qarabağı işğal etməklə 30 il ərzində nə əldə etdik?... Ölkənin iqtisadi imkanları Qarabağı yenidən qurmağa imkan vermir, nə də ölkəyə işğalçı statusu altında investisiya cəlb etmək mümkün deyil." Özləri də bu suallara cavab verirlər ki, Qarabağ məsələsi Ermənistanı bütün bu bölgədə olan mega proektlərin hamısından demək olar ki, kənarda qoydu. Dünya ölkələri iqtisadi böhran dönəmində güclərini birləşdirərkən, hər hansı bir imkandan istifadə etdikləri bir zamanda bu cür proektlər işğalçı Qarabağ mövqeyinə görə Ermənistandan yan keçdi. Azərbaycan isə əksinə bu imkanlardan istifadə edərək inkişaf etdi. Bunu görən Ermənistan hakim dairələrindən gah müdafiə nazirliyi bəyanat verir gah da Paşinyan dünyadakı ermənilərlə hədələmək nüfuz əldə etmək istəyir. Bu da demək olar ki, yeni bir şey deyil.
 
Prinsip cəhəti ilə bugünki Ermənistan cəmiyyətinin qorxub ehtiyat etdiyi bəzi məqamlar var. Hansı ki, YAP-ın qurultayında Azərbaycan prezidenti:
" Əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etmək istəyəsi olsaq Azərbaycanın ixtiyarı var ki, öz tarixi dədə - baba torpaqları haqqında da düşünsün." deyə öz çıxışında sərt mesaj vermişdi. Bu mesaj demək olar ki, Ermənistan cəmiyyətimi düşünməyə vadar etdi ki, sabah döyüşlər başlasa Qarabağı saxlaya bilməsələr Azərbaycanın dayanacağı nöqtə hara olacaq.
 
Biz bilirik ki, Ermənistan heç vaxt müstəqil olmayıb və həmçinin Paşinyan da diğərləri kimi müstəqil deyil, təsir edən amillər var. Bu amillər də bildiyimiz kimi xaricdə fəaliyyət göstərən erməni lobbisi ilə yanaşı həm də Rusiyadır ki, Qarabağ kimi bir nöqtəni əlində saxlamaq da maraqlıdır. Çünki Rusiya bir tərəfdən güzəştli kreditlər hesabına Ermənistana silah verir və bu təklifi ilə də Azərbaycanı qıcıqlandırır ki, silah alsin. Beləliklə də həm Ermənistandan həm də Azərbaycandan öz hərbi sənayesinin inkişafı üçün istifadə edir.
 
Bu gün Paşinyanın dediklərini ciddi qəbul etmək lazım deyil. Çünki ermənilərin mövqeyi illərdir ki, dəyişməz olaraq qalır. Amma biz də öz mövqeyimizi dəyişmirik əksinə mövqeyimiz artıq hər şeyə nöqtə qoymaq istiqamətində irəlilərir. Azərbaycanın artıq səbri tükənib. Azərbaycan prezidenti Düşənbə görüşündən sonra humanist addım ataraq Paşinyana öz komandasını yığmaq üçün vaxt verdiyi haqda məlumatlarla mətbuatdan tanışıq və ondan sonra hətta cəbhə bölgəsində atəşkəsin pozulması halları da 3-4 dəfə azalmışdı. Paşinyan bu möhlətdən istifadə edə bilsə Ermənistan dövləti və xalqı qazanacaq yox əgər istifadə edə bilməsə uduzan və itirən tərəf Ermənistan olacaq.
Çünki Azərbaycan hər bir halda öz torpaqlarını qaytaracaq!!!
 
Rəsmiyyə Allahverdiyeva
Advertisement Banner

Şərhlər

Çox oxunanlar