Sabah AŞPA-da Qarabağ müzakirəsi olacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 14-dək Strasburqda keçirilən iclasında Qarabağ münaqişəsi müzakirə olunacaq.

Parlamentin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, artıq Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün Strasburqa yollanıb. 

Sessiya çərçivəsində aprelin 9-da AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin və Azərbaycanın AŞPA yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” mövzusunda tədbir keçiriləcək.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, yaz sessiyasında geniş və əhatəli məsələlərə toxunulması nəzərdə tutulur:

S.Seyidov əlavə edib ki, son zamanlar Azərbaycan da daxil olmaqla, bu kimi iclas və konfranslar müxtəlif yerlərdə keçirilir.

“Bu yaxınlarda Almaniyada da keçirilmişdi. İndi Avropa Şurasında bunu təşkil etməyə hazırlaşırıq. 

Xarici ictimaiyyət bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən hər hansı fəaliyyət qeyri-qanunidir. Təbii ki, bunu Avropa Şurasının üzvlərinə də çatdıracağıq. 

Ümumiyyətlə, nümayəndə heyətimizin üzvləri müxtəlif məsələlərlə bağlı çıxış etməyə hazırlaşır.

Bildiyiniz kimi, müxtəlif məsələlərlə  bağlı həm monitorinq, həm də insan haqları komitəsinin birgə təşkil etdiyi dinləmələr olacaq. Biz orada çıxış edəcəyik”, - deyə S. Seyidov əlavə edib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər