XİN almaniyalı deputatların Dağlıq Qarabağa səfəri ilə bağlı məlumatları araşdırır

30.05.2019 12:58     Siyasi reaksiya     759

"Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər efən digər xarici vətəndaşlara münasibətdə nümayiş etdirilən mövqeyimizə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.

Bunu ONA-nın sorğusuna cavab olaraq Almaniya Bundestaqının üzvlərinin Dağlıq Qarabağa səfərini şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyib. O bildirib ki, Ermənistan mətbuatında yayılan bu məlumat araşdırılır.

"Məlumat öz təsdiqini tapdığı təqdirdə onlara münasibətdə Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər efən digər xarici vətəndaşlara münasibətdə nümayiş etdirilən mövqeyimizə uyğun olaraq müvafiq tədbirlər görüləcək”,- deyə Leyla Abdullayeva vurğulayıb.

Qeyd edək ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, Alman Bundestaqında təmsil olunan "Almaniya üçün Altenativ"partiyasının üzvləri Dağlıq Qarabağa səfər edərək görüşlər keçiriblər.

Reaksiya.az

 

Şərhlər