Mən AMİP-ə Etibar Məmmədova inanıb gəlmişdim - indi isə... - Fərzalı Qasımov

Azərbaycan Milli İstiqlal Partiyasının sabiq sədri, hazırda VİP rəhbəri olan Əli Əliyevin keçmiş partiyası və onun lideri Etibar Məmmədovla savaşı davam edir. Onun ReaksiyaTV internet televiziyasına verdiyi müsahibədə AMİP lideri ilə 2005-ci ildə yaşadığı ixtilafları bir daha gündəmə gətirməsindən sonra başlayan qarşıdurma getdikcə güclənir. Hər iki tərəfdən müxtəlif açıqlamalar verilir, bir - birilərini ittiham edirlər. Bu günlərdə daha bir açıqlama isə keçmiş AMİP- çi, hazırda VİP Siyasi Şurasının üzvü olan, doktor Fərzalı Qasımovdan gəldi. 

 “Partiyamızın sədri Əli Əliyevə yönəldilmiş iftiralara tutarlı cavab verildikdən sonra bu barədə əlavə söz deməyə ehtiyac qalmadığını düşünürdüm. Amma göründüyü kimi, bəziləri öz aləmləerində meydanın boş qaldığını düşünüb aşırı canfəşanlıq etməyə qalxıblar.

 

 

Nədənsə, o adamların heç biri papağını qabağına qoyub fikirləşmir ki, axı niyə AMİP-i yaradanlardan kimsə bu gün Etibar Məmmədovun yanında deyil? Sizin fikrinizcə, onların hamısı xəyanətkardır? Əgər doğrudan da, belədirsə, xəyanətkarların yaratdığı partiyanın axırı belə olmalı idi. Yox, əgər o şəxslər xəyanətkar olmayıblarsa, nədən onların heç biri bu gün Etibar Məmmədovun yanında deyil? Odur ki, Əli Əliyevin yox, gedin Etibar Məmmədovun fəaliyyətini təftiş edin.

Mən AMİP-ə Etibar Məmmədova inanıb gəlmişdim. Bəlkə köhnə AMİP-çilərin yadında olar, AMİP-in “qılıncının dalı və qabağı kəsən” vaxtlarda partiyanın  Mərkəzi Şurasının iclasında hamının gözü qabağında tribunadan üzümü Etibar Məmmədova tutaraq demişdim ki, mən AMİP-ə sizin “qara gözünüzə” görə yox, inandığım üçün gəlmişəm.

Həqiqətən ömrümün ən gözəl çağlarını AMİP-ə bağlamışdım və bu partiyanın amalı uğrunda həyatımın neçə ilini həbsdə keçirmişdim. Artıq uzun müddətdir, AMİP-də deyiləm və onunla əks mövqedəyəm. Hər halda, mənim AMİP-ə qarşı çıxmağımda ciddi arqumentlərim olduğu üçün o partiyanı tərk etmişəm”.

Reaksiya.az

 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar