Rusiya XİN Nikol Paşinyanın Qarabağla bağlı bəyanatına münasibət bildirib

04.09.2019 14:00     Siyasi reaksiya     865

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır" bəyanatına münasibət bildirib.

O, "Report"un Rusiya bürosunun əməkdaşının "Bu cür bəyanatlar münaqişənin həllinə necə təsir göstərir" sualına cavabında deyib ki, Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir davam edən və çətin problemdir.

“Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir. Bu, başlanğıc nöqtəyə qayıtmamağımız və prosesin sıfıra düşməməsi üçün vacibdir", - deyə M.Zaxaraova qeyd edib

Reaksiya.az

Şərhlər