İlham Əliyev Azərbaycanı dəyişirmi? - Amerikalıların fikrincə, bəli..

17.12.2019 13:45     Siyasi reaksiya     344

ABŞ-a bağlı “ World Politics Review” saytı Azərbaycanla bağlı məqalə dərc edib. 

Saytın hazırladığı təhlil yazısında Azərbaycandakı proseslərə fərqli yanaşmanın mövcudluğu vurğulanır. O da qeyd olunur ki, proseslər Azərbaycanı müsbətə doğru dəyişir.

Beynəlxalq səviyyədə peşəkar şərhləri ilə tanınan sayt yazır ki, Azərbaycan parlamenti özünü buraxdıqdan sonra bəzi müşahidəçilər I vitse-prezident Mehriban Əliyeva faktrounun gücləndiyini qeyd edirlər. Bildirilir ki, Mehriban Əliyeva son bir neçə ildə siyasi müstəvidə yüksək reytinq qazanıb.

Sayt bildirir ki, bu gün Azərbaycanda baş verən bir sıra daha dərin və aşkar dəyişikliklər var. Ölkənin yaxın zamanlarda Qərb üslubunda liberal demokratiyaya keçid edəcəyini düşünməyin tez olduğunu yazan müəllif qeyd edir ki, ortada dəyişən bir cəmiyyətə və həm də cəmiyyətlə birlikdə dəyişməyin zəruriliyini qəbul edə biləcək bir hökumət var və tendensiya bu istiqamətdədir.

Müəllif yazır ki, Qərb standartlarından yanaşsaq, ölkə iqtisadi cəhətdən inkişafa məhkumdur və buna görə də Əliyev hər şeyi tərpədir: “Oktyabrın 15-də prezident bir sıra yüksək vəzifəli dövlət məmurlarına xitabən dedi ki, bəziləri ölkədə həyata keçirilən islahatları sabotaj edir. Korrupsiyaya uğramış belə məmurlar şəxsi maraqlarını dövlət və xalqın maraqlarından üstün tuturlar”.

Saytin məqaləsində Prezident Administrasiyasının rəhbəri postuna yeni təyin olunmuş 44 yaşlı Samir Nuriyev haqqında da söz açılır. Müəllif qeyd edir ki, o, ABŞ-ın Dyuk Universitetini bitirib: “Cənab Nuriyev başa düşür ki, rəsmi Bakı gənclərin işlə təmin olunması üçün Azərbaycan iqtisadiyyatını şaxələnməsini təmin etməlidir. Ancaq bunun üçün onun hansı addımlar atacağı hələ bəlli deyil.

Cənab Nuriyevin təyinatı həm də o deməkdir ki, Azərbaycan rəhbərliyi ABŞ və Avropa ilə münasibətləri sabitləşdirmək istəyir. Bölgənin coğrafi mövqeyi, ümumiyyətlə,Cənubi Qafqaz Qərb üçün 10 il əvvəlki cazibəyə malik deyil və elə bir starateji əhəmiyyət daşımır. Amerika hazırda öz fikrini Hind və Sakit okeanına və Atlantikanın hər iki tərəfində gedən proseslər üzərində cəmləşdirib. Cənab Nuriyev Azərbaycanı Qərb siyasətçilərinin diqqət mərkəzinə qaytarmaq üçün çox səy göstərməlidir.

Nazirlər Kabinetindəki digər dəyişikliklər arasında prezidentin nəzərində bacarıqlı iqtisadi məsləhətçi kimi yüksələn Əli Əsədovun baş nazir vəzifəsinə təyin edilməsi də var.

Oktyabrın sonlarında Əliyev daha bir gənc, bacarıqlı, Qərb təhsilli texnokrat Mikayıl Cabbarovu iqtisadiyyat naziri təyin etdi. Bu hərəkətlər hökumətin prioritetlərinin iqtisadi islahat və həyat səviyyəsini yüksəltməli olduğunu qəbul etməsinə aşkar işarədir. Bu ilin əvvəlində 39 yaşında əmək və sosial müdafiə naziri təyin edilən Sahil Babayev əməkhaqqı və pensiya artırılması üçün ciddi işlər görüb.

Hökumət mövcud sisteminin qlobal enerji bazarlarında, beynəlxalq ticarət sistemində və bütövlükdə geosiyasi mühitdə davam edən dəyişikliklərə cavab verə biləcək qədər çevik olmadığını anlayır. Bu çətinlikləri nəzərə alan hökumət isə Azərbaycanın siyasi sisteminə yeni nəfəs verə bilər”.

Yazıda qeyd olunur ki, bu ilin əvvəlində Azərbaycan hökuməti 50-dən çox siyasi məhbusu sərbəst buraxdı və bu, bir xoş xəbər kimi qarşılandı: “Azərbaycanda siyasi məhkumların azad olunması vaxtaşırı baş verir; ehtimal ki, bununla Azərbaycan hökuməti Qərbə xoşməramlı olduğunu nümayiş etdirir”.

Məqalənin rezume hissəsində deyilir: “Bəlli olan budur ki, Azərbaycan dəyişir və onun rəhbərləri hökumətin də dəyişməli olduğunu qəbul edirlər. Yeni və daha innovativ nəsil texnokratlar təsir gücü yüksək olan mövqelərə gəlirlər. Tezliklə baş tutacaq parlament seçkiləri də ölkədəki dəyişikliklərə ciddi təsir edəcək. Bu dəyişikliklərin nəticəsi necə olacaq? Yeni hökumətin azərbaycanlıların gələcək ehtiyaclarını ödəyə biləcək dəyişiklikləri həyata keçirmək gücündə olub-olmadığını yalnız zaman göstərəcək”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər