Vladimir Zelenski və İlham Əliyev arasında Cənub Qaz Dəhlizi anlaşması

17.12.2019 13:35     Siyasi reaksiya     628

Ukrayna prezidenti Vladimir Zelenski Bakıda Azərbaycan prezidenti ilə danışıqlardan sonra ölkəsinin Cənub Qaz Dəhlizini dəstəklədiyini bildirib.

 Cənub Qaz Dəhlizi TANAP və TAP kəmərlərindən ibarətdir, Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulub. Dəhliz tam həcmdə gələn il işə düşəcək.

“Biz bu dəhlizin genişləndirilməsi imkanlarını öyrənmək barədə razılığa gəldik”,-Zelenski özünün Telegram-kanalında Bakıdan bildirib. “Bu, Avropa istehlakçılarına qaz təchizatının şaxələndirilməsi üçün vacibdir”,-o vurğulayıb.

Reaksiya.az

Şərhlər