Barəsində araşdırma aparılan deputatın hüquqlarının yer aldığı Əsasnamə hazırlanır

06.05.2020 16:43     Siyasi reaksiya     4989

Milli Məclisin İntizam komissiyasının fəaliyyətini tənzimləyən yeni Əsasnamə hazırlanır.

“Report”un xəbərinə görə, indiyədək İntizam komissiyasının fəaliyyətini tənzimləyən konkret hüquqi baza olmayıb.

Əsasnamənin hazırlanması zamanı mövcud qanunvericilik aktlarından və eyni zamanda beynəlxalq təcrübədən istifadə edilir.

Əsasnamədə İntizam komissiyasının təşkili, səlahiyyətləri, iclasların keçirilmə qaydası, komissiya tərəfindən müraciətlərə baxılması qaydası və müddətləri, İntizam komissiyasının üzvlərinin hüquqları və vəzifələri, həmçinin barəsində araşdırma aparılan deputatın hüquqları və vəzifələri yer alacaq.

Reaksiya.az

Şərhlər