Samir Şərifov deputatın nazirlə bağlı iddiasına cavab verdi

Maliyyə naziri Samir Şərifov deputat Qüdrət Həsənquliyevin iradlarına cavab verib. 

“Qafqazinfo” xəbər verir ki, nazir Q. Həsənquliyevin qənaətlə bağlı fikirləriylə qəti razı olmadığını bildirib: “O, ya bu məsələlərlə yaxından tanış olmayıb, ya da başqa hansısa məqsədləri güdür. Hər hansı sualları varsa mənə ünvanlaya bilərdi. Birincisi, sui- istifadə sözündən ehtiyatla istifadə etmək lazımdır. Qanunun təqdim edilməsi uzun proseslərdən keçən məsələdir. Qeyd edir ki, 3,5 milyard vəsaiti dövlət parlamentdən soruşmadan bölüşdürüb. Bu, tamamilə yanlışdır. Burada dövlət büdcəsinin vəsaitindən söhbət getmir.

Qənaət məsələsinə gəldikdə isə, stəkanda fırtına yaratmağa ehtiyac yoxdur. Burada süni problem yaratmaq lazım deyil. Baxmaq lazımdır ki, qənaət hansı mənbələr hesabına formalaşıb”.

 

Xatırladaq ki, Q. Həsənquliyev dövlətin ayırdığı pulun aidiyyatı üzrə düzgün xərclənmədiyini, lazımi məsələlərdə qənaət edilmədiyini bildirmişdi. 

Reaksiya.az

Advertisement Banner

Şərhlər