"İqbal Məmmədov Leriki işğal edib!" - Zaur Qəriboğlu

22.06.2020 00:32     Siyasi reaksiya     5039

Azərbaycanlı jurnalist həmkarlarına səslənib.

Reaksiya.az baxar.az-a istinadən xəbər verir ki, "Reaksiya Media Group"-un rəhbəri, jurnalist Zaur Qəriboğlu Lerikin "qondarma" deputatı ilə bağlı həmkarlarına müraciət edib.

Baxar.az-a açıqlama verən jurnalist Zaur Qəriboğlu bildirib ki, İqbal Məmmədov günlərdir separatçı, reket media vasitəsilə öz aləmində onlara təzyiqlər göstərir: "Korrupsioner, dövlətə əl qaldıran, separatçılıq edən, qondarma deputat İqbal Məmmədov 5-3 manatla öz səviyyəsində olan saytlarda bizi tənqid etdirir.

Mən o portalları media mənsubu hesab etmirəm. İqbal Məmmədov kimi adamlar ictimai fikrə heç bir təsir edə bilməz. Bütün müstəqil mətbuatı Lerikə dəvət edirəm. Lerik Azərbaycanın gözəl diyarlarından biridir. İqbal Məmmədov Leriki işğal edib!"

Reaksiya.az

Şərhlər