Prezident Əliyevin çıxışı Ermənistanı qarışdırdı - İrəvanda siyasi hərarət qalxır

30.06.2020 13:42     Siyasi reaksiya     11102

Sərkisyan bu çıxışa görə Paşinyanı suçladı - Azərbaycan prezidenti onlar haqda nə demişdi?; erməni mediası: “Azərbaycan lideri haqlıdır...”

İşğalçı Ermənistanda vüsət alan epidemiya fonunda daxili siyasi ziddiyyətlər hər ötən gün daha da güclənməkdədir. Normal inkişaf perspektivi olmayan və pandemiyaya qədər onsuz da xarici aləmə çıxışdan məhrum, Qarabağa görə blokada rejimində olan bu cırtdan ölkədə vəziyyət get-gedə qəlizləməkdədir. Təkcə bu fakt ki, hər milyon nəfərə düşən yoluxma sayına görə Ermənistan dünyada liderlik edir, özlüyündə düşmən ölkədəki gərgin daxili situasiyanı yetərincə yaxşı xarakterizə edir.

Gözlənildiyi kimi, erməni əhalinin acınacaqlı durumuna görə məsuliyyəti opponentlər baş nazir Nikol Paşinyanın və onun komandasının üstünə atmağa çalışır, Paşinyanı repressiv siyasət aparmaqda suçlayırsa, Paşinyan da müxalifəti kəmfürsətlik edib revanş götürmək, vəziyyəti daha da qəlizləşdirmək cəhdlərində ittiham edir. Eyni zamanda o, ictimai diqqəti real problemlərdən yayındırmaq üçün populist gedişlərinə davam edir, hakimiyyətini möhkəmləndirmək üçün konstitusiyanı belə, ayaqaltı edir.

*****

Ancaq nə baş verir-versin, bir şey aydındır ki, qonşu Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmayınca Ermənistanda didişlmə-qarşıdurmalar, çevriliş-terror aktları heç vaxt səngiməyəcək, erməni əhalinin vəziyyət yaxşıya dəyişməyəcək, əksinə, daha acınacaqlı olacaq. Bunu ən azından ötən illərin təcrübəsi deyir.

Azərbaycan prezidenti İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında etdiyi çıxışda da vurğuladığı kimi, işğalçı ölkənin heç bir inkişaf perspektivi yoxdur: “Çünki ölkə özü-özünü saxlaya bilmir, öz sərhədlərini qoruya bilmir, xarici ölkələrin əsgər və zabitləri onların sərhədlərini qoruyur, öz hərbi gücünü təmin edə bilmir, xarici dövlət orada hərbi baza saxlayır, silahlar ala bilmir, xarici dövlət onlara pulsuz silah-sursat verir. İqtisadiyyatı düz qura bilmir, ancaq yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayır. İndi Avropa İttifaqından 90 milyon dollar pul dilənir, ondan-bundan dilənir. Deməli, demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. İndi Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır. Bunu mən bilirəm və Ermənistan rəhbərliyi bilir”.

Xəbər verildiyi kimi, dövlət başçısı həmin çıxışında “müstəqillik” qazanandan sonra işğalçı ölkənin başında duran rəhbərlər haqda da danışıb.

Prezident İlham Əliyev "N" saylı hərbi hissənin açılışında iştirak ...

Sitat: “Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açıb-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. Yəni belə çıxır ki, 20 il ərzində bu ”müstəqil" ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar?"

11.jpg (430 KB)

Prezidenti habelə Nikol Paşinyanın iki illik hakimiyyət dövrünü xarakterizə edərək deyib: “2018-ci ildən bu yana nə baş verib? Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar. Postsovet məkanında həmin ”inqilabları", əslində qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Onları idarə ediblər və əlbəttə ki, xalqda o çirkin kriminal, xunta rejiminə nifrət böyük idi. Ondan istifadə edib hakimiyyəti zəbt ediblər. Ondan sonra nə baş verir? Ondan sonra hazırda Ermənistanda artıq diktatura hökm sürür... Son hadisələr nəyi göstərir? Siyasi opponentlər təqib edilir, həbs olunur, konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumda edilə bilər. Gördülər ki, referendumda keçməyib, parlamentdə dəyişikliklər etdilər. Deməli, hakimiyyət bölgüsü tamamilə pozulub. Qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə-hüquq sahəsi artıq bir adamın əlindədir, bir alətdir və bu diktatura möhkəmlənir. Eyni zamanda, Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. İndi bunu artıq üzə çıxardırlar. Sən demə, qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Siqaret qaçaqmalçılığının başında baş nazir, onun ailəsi, yaxınları dayanır".

*****

Bu çıxışdan az sonra Ermənistanın eks-prezidenti, 2 il öncə rüsvayçı şəkildə hakimiyyətdən qovulan Serj Sərkisyan Azərbaycan prezidentinin sözlərini özünə xas manerada və nə qədər qəribə də olsa, ilk növbədə Paşinyanın “antierməni bəyanatları” ilə izah edib.

Prezident İlham Əliyev "N" saylı hərbi hissənin açılışında iştirak ...

“Azərbaycan prezidenti Paşinyanın sözlərini söyləyir, Ermənistanın müstəqillik dövrünün keçmiş illəri haqda Nikol Paşinyanın bütün dünyaya səsləndirdiyi bədnam çıxışlarındakı kimi ölkəmizi eyni şəkildə təsvir edir - hansı çıxışları ki, Paşinyan BMT kürsüsündən, AŞ PA-nın plenar iclasından, harada gəldi səsləndimişdi. Əliyev içimizdəki bacarıqsız, antimilli və başabəla rəhbərlərə görə belə danışır”, - deyə o, vaxtilə başında durduğu kriminal rejimi deyil, Ermənistanın hazırkı hakimiyyətini günahkar, özünü isə təmizə çıxarmağa çalışıb.

“Azərbaycan liderinin budəfəki çıxışı əvvəlki analoji çıxışlardan onunla fərqlənirdi ki, o, eyni zamanda həm keçmiş, həm də indiki Ermənistan hakimiyyətini vurmağa çalışırdı”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözlər isə Armenianreport.com-dakı baş məqalədəndir.

ERMƏNİSTANDA MƏXMƏRİ İNQİLAB BAŞ TUTARSA – KAFKASSAM – Kafkasya ...

Məqalədə həmçinin deyilir: “Bəli, Azərbaycan prezidenti indiki hökuməti (Paşinyan hökumətini - ”YM") oğru və quldur adlandırmır, bununla belə, onun haqda yaxşı bir şey də söyləmir: “2018-ci ildən sonra ... guya orada bir inqilab oldu. Bütün bunlar yalandır” deyib. Əliyev Paşinyan hakimiyyətini diktaturada və “xarici dairələr” tərəfindən idarə olunmaqda ittiham edib".

Müəllif Azərbaycan prezidentinin çıxışı barədə daha sonra yazır: “Məlum olur ki, rəsmi Bakı Ermənistanda köhnə və yeni hakimiyyət nümayəndələrinin, eləcə də yeni müxalifətin nümayəndələrinin bir-birlərinə necə çirkab atdığını maraqla izləyir. Təəssüf ki, bizim indiki hökumətimizin də tənqid ediləsi nələrisə var. Əvvəlki rejimdən danışmağa heç dəyməz: əvvəlki (Sərkisyan-Köçəryan - ”YM") rejiminin qiymətləndirilməsi məsələsində mən İlham Əliyevlə razıyam, hazırkı hökumətin qiymətləndirməsində isə - əksərən xeyr. Paşinyan ailəsi qaçaqmalçılıq və ya başqa hansısa qaranlıq işlərlə məşğuldurmu? Hələlik söyləmək çətindir. Hakimiyyət dəyişsə, onda situasiya aydınlaşar. Yəni günahsızlıq prezumpsiyası. Paşinyanın pərdəarxası qüvvələr hesabına hakimiyyətə gəlməsinə gəlincə, başa düşdüyümüz qədər söhbət qərbpərəst, Avro-Atlantik qüvvələrdən gedir. Lakin özünü “rus məməsi”ndən uzaqlaşdırıb sivil dünyaya doğru qətiyyətli addımlar atmaq istəməyən Paşinyanın iki illik davranışı inqilablın “idxalı” haqda nəzəriyyəni təkzib edir".

Nikol Paşinyan'ın Yeni Ermenistan'ı | ANKASAM | Ankara Kriz ve ...

Ancaq daha bir gerçək bundan ibarətdir ki, Paşinyana “rus məməsi”ndən qopub Qərbə sarı getməyə işğalçı ölkədəki ağır durum mane olur. “İnqilabçı” baş nazir isə sadəlövhcəsinə ümid edirdi ki, Ermənistan Rusiya orbitində və izolyasiyada qala-qala, yəni Qarabağın davam edən işğalı fonunda da vassal ölkədə iqtisadi cənnət yarada biləcək...

Reaksiya.az

Advertisement Banner

Şərhlər