Ramiz Mehdiyev və Əli Həsənov vəzifədən çıxarılır

09.09.2020 14:04     Siyasi reaksiya

Prezident yanında Dövlət İdarəçilik Akademiyası 6 kafedraya müdir vəzifəsi üçün müsabiqə elan edib.

Reaksiya.az modern.az-a istinadən xəbər verir ki, elanda diqqət çəkən məqam müsabiqəyə çıxarılan “Dövlət qulluğu və kadr siyasəti” və “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedraları ilə bağlıdır.

Belə ki, Dövlət İdarəçilik Akademiyasının saytındakı məlumata görə, hazırda “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri vəzifəsini Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev tutur. “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri vəzifəsinin qarşısında isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun adı yazılıb.

Qeyd edək ki, müsabiqə elan edilən kafedralar aşağıdakılardır:

Beynəlxalq münasibətlər və xarici siyasət - kafedra müdiri

Dövlət idarəetməsi və menecment - kafedra müdiri

Politologya və siyasi idarəetmə - kafedra müdiri

Dövlət qulluğu və kadr siyasəti - kafedra müdiri

Fəlsəfə və sosial psixologiya - kafedra müdiri

Dillər - kafedra müdiri.

Reaksiya.az

Advertisement Banner

Şərhlər