Siyavuş Novruzov Tofiq Yaqublu ilə bağlı açıqlama verdi

10.09.2020 21:21     Siyasi reaksiya     782

Mənim Novella Cəfəroğlu ilə bu mövzuda söhbətim olmayıb.
 
Reaksiya.az xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov hüquq müdafiəçisi Novella Cəfəroğlunun Tofiq Yaqublu ilə bağlı onun adından səsləndirdiyi fikirləri münasibət bildirərkən deyib.
S.Novruzov saytımıza açıqlamasında qeyd edib ki, onun adından gedən bu məlumat həqiqətə uyğun deyil.
 
Qeyd edək ki, bu gün hüquq müdafiəçisi Novella Cəfəroğluna istinadən millət vəkili Siyavuş Novruzovun həbsdə olan Tofiq Yaqublu ilə bağlı fikirləri dərc edilib. Yazıda qeyd olunur ki, S.Novruzov Qarabağ qazisi olduğu üçün T.Yaqublunun azadlığa buraxılmasını istəyib.

Şərhlər