Cahandar Bayoğlu DTX-ya müraciət etdi

18.09.2020 18:54     Siyasi reaksiya     1306

Turan Partiyasının başqanı Cahandar Bayoğlu DTX-ya müraciət edib.

Turan Partiyasının başqanı Cahandar Bayoğlu DTX-ya müraciət edib.
Reaksiya.az Turan partiyasının başqanı Cahandar Bayoğlunun özünün facebook səhifəsində paylaşdığı müraciəti sizlərə təqdim edir.
 
Cənab, Əli müəllim!
Bu gün, Rusiya saytlarının birində Azərbaycan mətbuat orqanlarında işləyən, universitetdə tələbə və müəllim olan bir çox vətəndaşlarımız Rusiya xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunublar. Adların Rusiya saytlarında yayılması bizdə də çox suallar yaratmışdır. Biz düşünürük ki, bu daha çox gənclərimiz və xalqımız arasında etimadsızlıq mühitinin yaranmasına xidmət etməklə yanaşı, cəmiyyətimizdə inamsızlığın yaranmasına xidmət edən bir siyasətdir. Adları siyahıda olan gənclərimizin çoxu Azərbaycanımızın güclənməsi və qüdrətlənməsində ciddi rol oynayacaq bir aydın kəsiminin olmasını bilənlər, həmdə onların ləkələnməsini hədəf seçiblər. Biz hesab edirik ki, gənclərimizə atılan iftira dövlətçiliyimizə qarşı qəsd kimi dəyərləndirilməlidir. Biz onuda istisna etmirik ki, bu siyahının hazırlanmasında Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən sapı özümüzdən olanlar əlbətdə ki, vardır və bəlkədə bu adamlar gənclərimizin adları olan siyahıdadır ki, özlərini gizlədə bilsinlər. İki-üç vətən xayininə görə bizlər onlarla gənclərimizin ləkələnməsinə imkan verə bilmərik.
Hörmətli, Əli müəllim, inanırıq ki, Azərbaycan dövlətinin varlığında böyük məsuliyyət daşıyan DTX, sizin rəhbərliyinizdə bu kimi bütün provakasiyaların açılmasında öz sözünü dəyəcək və şəxsinizdə DTX-ya olan millətimizin inamını daha da artıracaq.
Hörmətlə
Cahandar Bayoğlu
Turan Partiyasının başqanı

 

Şərhlər