Ərdoğanın sözçüsü: “Türkiyə bu hücumlar qarşısında Azərbaycanın yanındadır”

27.09.2020 11:13     Siyasi reaksiya     473

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Ermənistan-Azərbaycan cəbhəsində yaşananlarla bağlı özünün Tvitter səhifəsindən təcili bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Türkiyə Ermənistanın Azərbaycana qarşı hücumlarını şiddətlə qınayır. “Ermənistan mülki yaşayış məntəqələrinə hücum edərək atəşkəsi pozub və bölgədə sülhə, sabitliyə qarşı olduğunu bird aha göstərib. Beynəlxalq ictimaiyyət bu təhlükəli provakasiyaya dərhal dur deməlidir. Türkiyə bu hücumlar qarşısında Azərbaycanın yanındadır. Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan yalnız deyil, Türkiyənin tam dəstəyinə sahibdir”,-İbrahim Kalın bildirib. Reaksiya.az

Şərhlər