Hacıyev: Azərbaycan dost dövlətləri və riyakarları heç vaxt unutmayacaq

02.10.2020 15:14     Siyasi reaksiya     508

Bu, Vətən müharibəsidir.

Reaksiya.az xəbər verir ki, bunu bu gün keçirilər brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan xalqı dəstək verən dost dövlətləri və riyakarları heç vaxt unutmayacaq:

“Azərbaycan dövlətinin işi haqq işidir. Azərbaycan Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün fəaliyyət göstərir. İşğala son qoyulduqdan sonra regionun inkişafı üçün münbit zəmin yaranacaq”.

Prezidentin köməkçisi qeyd edib ki, ölkədə ümummilli həmrəylik var:

“Torpaqların azad edilməsi Azərbaycan xalqının tələbidir. Azərbaycan xalqının iradəsindən kənar münaqişənin həlli mövcud deyil. Bu xüsusda qardaş Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 il ərzində danışıqlar aparılmasına baxmayaraq, torpaqların azad edilmədiyini bildirib. Prezident İlham Əliyevin təşəkkürünü bir daha çatdırırıq. O cümlədən, Pakistanın da dəstəyini yüksək qiymətləndiririk. Macarıstan, Türk Şurası, İƏT tərəfindən Azərbaycana dəstəyi yüksək dəyərləndiririk”.

Reaksiya.az

Şərhlər