Fransanın torpaqlarımızın terrorçulardan təmizləməsinə qarışmaq haqqı yoxdur - Paşayeva

02.10.2020 16:25     Siyasi reaksiya     809

Fransanın öz ərazisində anti-terror əməliyyatları aparmasına Azərbaycanın qarışmadığı kimi, Fransanın da Azərbaycanın öz suveren ərazilərini işğalçılardan, terrorçulardan təmizləməsinə qarışmaq haqqı yoxdur.

Reaksiya.az xəbər verir ki, bu barədə Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Mən Makrona söylədim ki, tarixi bilgin zəifdir” sözlərini xatırladan Qənirə Paşayeva bildirib ki, Makronun yalnız tarixdə deyil, digər sahələrdəki bilgisi də yetərli deyil.

“Fransa Prezidentinın belə ədalətsiz mövqeyi işğalçı Ermənistanı xilas edə bilməyəcək və Azərbaycan xalqı öz Ali Baş Komandanının, Ordusunun yanında olaraq, işğala son verəcək”, - deyə o qeyd edib.

Bundan əlavə, deputat Rusiyanın bir sıra telekanallarında antiazərbaycan təbliğatı aparıldığını vurğulayaraq, Rusiyada nüfuz sahibi olan azərbaycanlı ziyalıları, iş adamlarını haqlı mövqe bildirməyə, o cümlədən Rusiya vətəndaşı olan çoxsaylı soydaşlarımızı belə hallara qarşı öz etiraz səslərini ucaltmağa dəvət edib.

Millət vəkili güneyli soydaşlarımıza da müraciət edərək, Tovuz hadisələrindən bəri ardıcıl xarakter almış Rusiya-İran-Ermənistan marşrutu üzrə hərbi silah-sursatın daşınmasını durdurmaq üçün qanuni etiraz hüququndan istifadə etməyə çağırıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar