Hərbi əməliyyatların aparılmasının öz qanunları var - Nazir

06.10.2020 14:59     Siyasi reaksiya     476

Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyinin düşüncə tərzi terrorçuların düşüncəsinə yaxındır.

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 6-da Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib. 

“Hərbi əməliyyatların aparılmasının öz qanunları var, konvensiyası var. Ancaq Ermənistan üçün heç bir qırmızı xətt yoxdur. Ermənistan silahlı qüvvələri Azərbaycanın böyük şəhərlərini – Gəncəni, Mingəçeviri hədəfə alması bu təxribatın nə qədər geniş olmasının təzahürüdür”, - nazir vurğulayıb.

Reaksiya.az

Şərhlər