Ermənistanın etdikləri insanlığa qarşı cinayətdir - Çavuşoğlu

06.10.2020 15:02     Siyasi reaksiya     289

Dağlıq Qarabağ Azərbaycanındır. Dağlıq Qarabağ və ətraf rayonlar beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarlara baxmayaraq, bu günə kimi işğaldan azad edilməyib.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Ermənistanın geri çəkilməsi üçün beynəlxalq təşkilatlar heç bir addım atmayıb:

“BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tətbiq olunmayıb. Eyni şəkildə ATƏT-in qərarları da icra edilməyib. Bütün bunlara baxmayaraq, Ermənistan son vaxtlarda Azərbaycana qarşı hücumlarını aktivləşdirdi. Nəticədə Azərbaycan öz işini özü həll etməyə başladı. Küncə sıxışan Ermənistan Azərbaycanın bir neçə şəhərlərinə raket zərbələri endirdi və mülki əhalini hədəf aldı. Bu, insanlığa qarşı cinayətdir, eyni zamanda, bir növ Ermənistanın içərisinə düşdüyü çarəsizliyin sübutudur. Öz torpaqlarını azad etmək üçün mübarizə aparan Azərbaycan isə dinc əhalinin zərər görməməsinə çalışır. Mülki əhalinin yaşadığı yerləri heç vaxt hədəf almır. Beynəlxalq qanunlara riayət edən və etməyən iki ölkə arasındakı fərq də burdadır”.

Reaksiya.az

Şərhlər