Üç həmsədr arasında Rusiya tək ölkədir ki... - İlham Əliyev

07.10.2020 20:57     Siyasi reaksiya     2176

Rusiya da ATƏT-in Minsk qrupunun həmsədri kimi təbii ki, vasitəçilik missiyasını icra edir.

Reaksiya.az xəbər verir ki, bunu Prezident İlham Əliyev CNN-Türk televiziyasına müsahibəsində deyib.

“Bu məsələ ilə bağlı bizdə hər hansı problem yoxdur. Eyni zamanda, bu üç həmsədr arasında Rusiya tək ölkədir ki, bizimlə qonşudur. Təbii ki, Rusiya ilə bizim uzun tarixi münasibətlərimiz var. İndiki dönəmdə Rusiya həm Ermənistanla, həm də Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bu, çox önəmli faktdır. Ona görə nə ikitərəfli formatda, nə də ki, Minsk qrupu çərçivəsində hər hansı bir problem yoxdur. Bu hadisələr dönəmində də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir”, - İlham Əliyev bildirib.

Reaksiya.az

Şərhlər