Biz torpaqlarımıza qayıdacağıq - İlham Əliyev

07.10.2020 21:22     Siyasi reaksiya     351

Dağlıq Qarabağda bu gün bir dənə də azərbaycanlı yoxdur, hamısı qovuldu.

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev CNN Türk-ə müsahibəsində deyib.

“Həm Dağlıq Qarabağ ərazisindən, həm də ki, Dağlıq Qarabağın, - Dağlıq Qarabağ bir muxtar vilayət idi sovetlər dönəmində, - ətrafındakı 7 rayondan da bütün azərbaycanlı əhali qovuldu. Sovetlər dönəmində, 1980-ci illərin sonunda Dağlıq Qarabağın əhalisinin yüzdə 25-i azərbaycanlılar idi. Şuşa şəhərinin əhalisinin 98 faizi azərbaycanlılardan ibarət idi. Şuşa bizim qədim tarixi şəhərimizdir. Birinci mərhələdə bütün azərbaycanlılar Şuşadan, sonra Xankəndidən, digər şəhər və kəndlərdən, daha sonra Dağlıq Qarabağın ətrafında olan yeddi bölgədən qovuldu. Bu gün Dağlıq Qarabağda və işğal altındakı ətraf bölgələrdə Azərbaycan əhalisi yoxdur. Biz indi qayıdacağıq. Biz dörd il bundan əvvəl artıq qayıdışa başlamışıq. Ancaq indiki toqquşmalar başa çatandan sonra biz əlbəttə ki, o bölgələrə qayıdacağıq”, - İlham Əliyev bildirib.

Reaksiya.az

Şərhlər