Beynəlxalq iclasda erməni təxribatı - Təmsilçimiz qarşısını aldı...

08.10.2020 14:27     Siyasi reaksiya     625

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin İqtisadi Məsələlər üzrə komitəsinin onlayn təşkil olunmuş 55-ci məclisində Pandemiya dövründə iqtisadi inkişaf və əməkdaşlıq məsələləri müzakirə olunduğu halda, Ermənistan nümayəndəsi yersiz olaraq məclis iştirakçılarına münaqişə vəziyyəti ilə bağlı müraciət edərək, Azərbaycan tərəfini əsassız olaraq ittiham etməyə cəhd göstərib.

Reaksiya.az Redaktor.az-a istinadən xəbər verir ki, iclasda iştirak edən millət vəkili Elşad Mirbəşiroğlu ermənilərin sözünü kəsərək, iştirakçılara xitabən Ermənistanın 30 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxladığını, Xocalıda xalqımıza qarşı genosid törətdiyini, bu gün hərbi təxibatlarla məşğul olduğunu bildirib.

Millət vəkili çıxışında Azərbaycanın Ermənistan işğalına son qoymaq və hərbi təxribatlarının qarşısını almaq üçün yalnız öz ərazilərində hərbi əməliyyatlar həyəta keçirdiyini qeyd edib.

Həmçinin, təmsliçimiz iştirakçılara müraciət edərək, münaqişə vəziyyəti ilə bağlı obyektiv yanaşmalarını xahiş edib.

Bu zaman Ermənistan nümayəndələri heç bir etik qayda gözləməyərək, millət vəkilinin fikirlərini səsləndirməyinə  mane olmağa cəhd edib.  Lakin buna baxmayaraq, təmsilçimiz ədalətli mövqelərimizi və reallıqları iştirakçıların diqqətinə sonadək çatdırmağa nail olub.

Reaksiya.az

Şərhlər