Ermənistanın "qələbə" illüziyaları darmadağın edilib - Prezidentin köməkçisi

10.10.2020 15:18     Siyasi reaksiya     447

Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməlliyyatlar Ermənsitanın "qələbə" illüziyalarını darmadağın edib.

Reaksiya.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin ön xəttə yerləşdirilən hərbi sistemləri darmadağın edilib:

“Azərbaycan silahlı qüvvələri uğurlu əməliyyat həyata keçiriblər. Yenə də onlara cavab verməkdə davam edirlər”.

Prezident köməkçisi bildirib ki, status-kvo dəyişdirilib:

“Artıq Azərbaycanın bir çox torpaqları işğaldan azad edilib”.

Reaksiya.az

Şərhlər