Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən ermənilər... - Aydəmir

12.10.2020 01:30     Siyasi reaksiya     239

Son bir neçə gün ərzində tarixi ata-baba yurdlarının erməni işğalından azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Ordusunun gücünə və qüdrətinə bütün dünya şahid oldu. Bu qüdrətli Ordunun qarşısında tab gətirə bilməyən ermənilər növbəti dəfə öz xain əməllərə əl atdılar. Dünyanın ən ikiüzlü dövləti olan Ermənistan bir tərəfdən atəşkəs dilənərkən, digər tərəfdən heç kimlə işi olmayan, evində yatan uşağa, qadına, yaşlıya qarşı növbəti terror aktını Gəncədə törətdi.

Reaksiya.az xəbər verir ki, bu sözləri Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydəmir Azərtac-a açıqlamasında deyib.

“11.10.2020”nin dünyada insan haqlarının, beynəlxalq hüququn ermənilər tərəfindən növbəti dəfə tapdandığı gün olaraq tarixə yazıldığını deyən V.Aydəmir bildirib:

“Gəncə Dağlıq Qarabağdan təxminən 100 kilometr uzaqlıqda yerləşir. Bu da o düməkdir ki, Gəncənin Qarabağla heç bir əlaqəsi yoxdur. Bir misal var - “Düşmənin də igidi olmalıdır”. Son Gəncə hadisəsi isə ermənilərin qorxaqlığının növbəti sübutudur. Səngərdə Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməyən erməni terrorçuları qadınlara, uşaqlara, yaşlı və xəstələrə hücum edir.

Başda Rusiya olmaqla atəşkəs danışıqları üçün bir çox dövlət rəhbərinə dəfələrlə zəng edib yalvaran, bunun nəticəsində əldə olunan humanitar atəşkəsin hökm sürdüyü bir dövrdə insanlığa sığmayan bu cinayəti törədən Ermənistanı və onun terrorçu rəhbərliyini şiddətlə qınayırıq. Hadisə zamanı həlak olan bacı və qardaşlarımıza Allahdan rəhmət, bütün türk dünyasına baş sağlığı, xəsarət alanlara isə sağlamlıq diləyirəm”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar