"İşğal altındakı torpaqlarımızın hamısını azad edəcəyik” - General-polkovnik

13.10.2020 12:49     Siyasi reaksiya     245

“Qələbəmizin nəticəsi Azərbaycan üçün çox gözəl olacaq”.

Bunu Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir-iki ermənipərəst dövlətin bəzi nümayəndələrindən başqa, Azərbaycanın bu işinə hamı haqq qazandırır: “Çünki hamı bilir ki, biz haqq tərəfdarıyıq, torpaqlarımız işğal olunub və müharibəni öz ərazilərimizdə aparırıq. Biz işğal altında olan torpaqlarımızın hamısını azad edəcəyik”.(Report)

Reaksiya.az 

Şərhlər

Çox oxunanlar