Dağıdılmış obyekt və yaşayış binaları bərpa olunacaq - Nazir

13.10.2020 12:51     Siyasi reaksiya     442

“Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində zərər çəkmiş, dağıdılmış mülki obyektlər və yaşayış binalarının hamısı bərpa olunacaq, sökülüb yenidən tikiləcək”.

Reaksiya.az xəbər verir ki, bunu Gəncə şəhərində jurnalistlərə açıqlamasında Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Onun sözlərinə görə, bəzi insanlara evlər veriləcək və çəkdiyi zərərlər tərəfimizdən ödəniləcək: “Bununla bağlı Gəncə camaatının heç bir narahatlığı olmamalıdır”.

Reaksiya.az

Şərhlər