Sülhməramlılar ancaq bu halda bölgəyə daxil ola bilər - Prezident açıqladı

14.10.2020 14:01     Siyasi reaksiya     8018

Sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin – Ermənistan və Azərbaycanın razılığı əsasında olmalıdır. Hər kəs anlamalıdır ki, bu gün sülhməramlılarının göndərilməsi deyəndə burada Azərbaycan torpaqlarından söhbət gedir və bizim icazəmiz olmadan hər hansısa ölkə sülhməramlıları bizim torpaqlarımıza göndərə bilməz. Bu, beynəlxalq hüquqa ziddir və bu, qəbuledilməzdir.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Türk”ə müsahibəsi zamanı deyib.

“Belə istəklər ola bilər. Mən bunu istisna etmirəm. Ancaq bütün məsələlər masa üzərində olmalıdır. Onu da bildirməliyəm ki, müzakirə mövzusu olan təməl prinsiplərində sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulub. Yəni ilk növbədə bayaq qeyd etdiyim məsələlər həll edilməlidir: torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, kommunikasiya məsələləri, sərhədlərin açılması, ticarət. Ondan sonra sülhməramlıların gətirilməsi istisna deyil”, - ölkə başçısı qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar