Hacıyev BİLD nəşrini susdurdu:“sarı mətbuata” müsahibə verməkdənsə...

22.10.2020 12:50     Siyasi reaksiya     170

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın BİLD nəşrinin əməkdaşının iddialarına sərt şəkildə cavab verib.

Reaksiya.az xəbər verir ki, Almaniyanın BİLD nəşrinin müxbiri Paul Rozenhaymer öz Tvitter hesabında guya Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlcə onunla müsahibəyə razı olması, daha sonra isə imtina etməsi ilə bağlı paylaşım edib.

“Azərbaycan Prezidenti Qarabağ müharibəsi ilə bağlı BİLD-ə müsahibə verməyə razı olub, lakin sonra qərarından daşınıb. Cənab Prezident, hansı suallardan qorxursunuz? Həm Ermənistanın baş naziri, həm prezidenti BİLD-ə müsahibə verib”, - deyə o yazıb.

Hikmət Hacıyev bu iddialı paylaşıma cavab verib:

“Cənab Rozenhaymer, Azərbaycan hökuməti adından qeyri-peşəkar bəyanatlar verməsəniz yaxşı olar. Mənim Prezidentim “sarı mətbuata” müsahibə verməkdənsə, professional mediaya üstünlük verir!”

Reaksiya.az

Advertisement Banner

Şərhlər