Prezidentin köməkçisindən fransalı jurnalistlə bağlı - AÇIQLAMA

23.10.2020 16:29     Siyasi reaksiya     543

Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın TF1 jurnalistlərinin erməni lobbisi tərəfindən təzyqilərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik.

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter səhifəsində yazıb.

“Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur”, - o əlavə edib.

Reaksiya.az

Şərhlər