Müharibə cinayətlərinə görə Ermənistan dövlət olaraq məsuliyyət daşıyır - Prezidentin köməkçisi

30.10.2020 14:47     Siyasi reaksiya     590

Azərbaycan Respublikasında törədilən hərbi və müharibə cinayətlərinə görə, Ermənistan dövlət olaraq, həmçinin digər şəxslər fərd olaraq məsuliyyət daşıyır.

Reaksiya.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baş Prokurorluqda keçirilən brifinqdə deyib.

O qeyd edib ki, günahkar şəxslərin cəzalandırılması üçün bütün hüquqi addımlar atılacaq və beynəlxalq mexanizmlərdən istifadə olunacaq.

Reaksiya.az

Şərhlər