Təəssüf ki, BMT-nin bəyanatında Gəncə hadisələrinə toxunulmayıb - Hacıyev

03.11.2020 15:50     Siyasi reaksiya     462

BMT-nin İnsan hüquqları üzrə ali komissarı tərəfindən Ermənistanın törətdiyi bu cinayətlərə münasibət bildirilib. Xüsusilə biz müsbət addım kimi qeyd edirik ki, onun tərəfindən verilmiş açıqlamada Azərbaycanın Bərdə şəhərində kassetli silahlardan istifadə edilməsi ilə əlaqədar olan faktlar öz əksini tapıb.

Reaksiya.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, ali komissarın bəyanatında Gəncə hadisələrinə toxunulmamaması təəssüf doğurur:

"Ermənistan silahlı qüvvələri tərəfindən böyük sayda insan tələfatına səbəb olmaq üçün məhz Gəncə şəhəri də ballistik və digər raketlərlə atəşə tutulub. Eyni zamanda onun tərəfindən ermənilər tərəfindən hazırlanmış saxta videoya da istinad vardır ki, bu videonun saxta olduğu Azərbaycan tərəfindən müvafiq strukturların xətti ilə təsdiq olunub”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar