Paşinyana son görüşümüzdə dedim ki... - İlham Əliyev

10.11.2020 03:54     Siyasi reaksiya     491

Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyükdür, vətənpərvər xalqdır. 30 ilin əzabları, ümidsizliyi xalqımızı sındırmadı, əksinə, biz daha da gücləndik, özümüzü toparladıq. Dedik ki, düşməni ərazilərimizdən qovacağıq.

Reaksiya.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

"27 sentyabrda nə baş verib, bunu tarixçilər deyəcək. Artıq Azərbaycan xalqının səbri tükənib. Ermənistanın baş nazirinə son görüşdə demişdim ki, odla oynamayın. Siz Azərbaycan xalqını yaxşı tanımırsınız”, - İlham Əliyev bildirib.

Reaksiya.az

Şərhlər