Türk ordusunun Qarabağdakı xidməti dəqiqləşir: Ruslarla birgə...

13.11.2020 14:19     Siyasi reaksiya     2476

Azərbaycanın Qarabağ zəfərindən sonra əldə olunan 9 maddəlik razılaşma əsasında ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək 50-60 km uzunluğunda yeni koridor inşa ediləcək.

Reaksiya.az Publika.az-a istinadən xəbər verir ki, ikitərəfli yolun Zəngilan rayonuna qədər uzanması gözlənilir.

Koridor Azərbaycanın müəyyən etdiyi istiqamətdə olacaq.

Koridorun strateji əhəmiyyəti

Yolun geosiyasi əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan Naxçıvanla fiziki əlaqə qura biləcək. Bununla Türk dünyasını iki yerə ayıran koridor yarılmış olacaq. Türk dünyasının içindəki süni maneə aradan qaldırılacaq. Nəticədə Gürcüstan və İrandan keçən yolları birbaşa Naxçıvan yolu əvəz edəcək.

Türk-Rus Sülhməramlıları

Digər tərəfdən, Dağlıq Qarabağda xidmət edəcək türk əsgərinin mövqeyi də dəqiqləşməkdədir. Türkiyə Silahlı Qüvvələrinin bölgədəki atəşkəsə nəzarət və təhlükəsizliyin təmin olunması üçün yaradılacaq monitorinq mərkəzində yer alması ilə yanaşı, yurdundan qovulmuş qarabağlıların yenidən evlərinə qayıdışına da nəzarət etməsi planlaşdırılır. Sözügedən monitorinq mərkəzinin işğaldan azad olunmuş bölgədə qurulması gözlənilir.

Etibarlı mənbələrin məlumatına görə, Türkiyə Dağlıq Qarabağdakı atəşkəsi qorumaq üçün pilotsuz uçuş aparatlarından da istifadə edəcək. 7 ədəd izləmə-əlaqə bürosu yaradılacaq.

Reaksiya.az

Şərhlər