Lavrov BQXK-nın sədri ilə Dağlıq Qarabağda vəziyyəti müzakirə edəcək

13.11.2020 14:56     Siyasi reaksiya     320

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) sədri Peter Maurer bu ay Rusiya paytaxtına səfər edəcək. 

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, səfər zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov BQXK-nın sədrini qəbul edəcək. 

Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi regionunda baş verənlər, eləcə də dünyanın bir sıra regionlarındakı hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

XİN rəsmisi qeyd edib ki, danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransı olacaq.

Reaksiya.az

Advertisement Banner

Şərhlər