İlham Əliyev qələbədən sonra Füzulidə belə qarşılandı

16.11.2020 16:18     Siyasi reaksiya     645

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Füzuliyə səfər edib.

Reaksiya.az xəbər verir ki, prezident Füzuli rayonu, Əhmədbəyli kəndinə gəlib. Sakinlər Dövlət başçısını alqışlarla qarşılayıb, Vətən savaşında göstərdiyi qətiyyətə görə ona təşəkkür ediblər. Füzuli sakinləri bildiriblər ki, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuz onların xəyallarını gerçəyə çevirib. İllərdir həsrətində olduqları torpaqları işğaldan azad edib. Buna görə də sakinlər Ali Baş Komandan İlham Əliyevə təşəkkür ediblər.

Şərhlər