Ərdoğan Azərbaycana yola düşdü

09.12.2020 14:52     Siyasi reaksiya     501

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Reaksiya.az xəbər verir ki, dövlət başçısını hava limanından ölkə rəsmiləri yola salıb.

Türkiyə lideri Azərbaycanda iki gün səfərdə olacaq. Səfər tarixi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi məqsədilə sentyabrın 27-də başlanmış Vətən müharibəsində qələbənin qeyd edilməsi gününə uyğunlaşdırılıb.

Ərdoğan dekabrın 10-da Bakıda keçiriləcək təntənəli Qələbə paradında iştirak edəcək.

Reaksiya.az

Şərhlər