İran Azərbaycanın azad edilən ərazilərinin bərpasında iştirak etməyə hazırdır - Ruhani

09.12.2020 14:53     Siyasi reaksiya     1752

İran Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpa olunmasında iştirak etməyə hazırdır.

Bunu İran Prezidenti Həsən Ruhani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

H.Ruhani qeyd edib ki,qonşuluq və İranda bərpa sahəsində imkanların mövcudluğunu nəzərə alaraq İranın quruculuq işlərində iştirakı iki ölkənin xeyrinə olacaq:

“İran və Azərbaycan arasında öncəki anlaşmalar, o cümlədən Rəşt-Astara dəmiryolu xəttinin inşa edilməsi prosesinin sürətləndirilməsi zəruridir.

Bundan əlavə iki ölkə arasında birgə layihələrin icrasına, o cümlədən Xudafərin hidroqovşağı və elektrik stansiyasının inşa olunmasına şərait yaranıb.

İki ölkə sənaye, elm, əczaçılıq və digər sahələrdə əməkdaşlıqları daha da inkişaf etdirə bilər”.

Reaksiya.az

Şərhlər