Deputat: "Erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırmalıyıq"

15.12.2020 11:51     Siyasi reaksiya     951

“Müharibənin hərbi hissəsini biz artıq başa vurduq. İkinci hissədə Milli Məclis və onun deputatları, diaspor təşkilatları, blogerlər, sosial şəbəkə iştirakçıları, mədəniyyət xadimləri aktiv olmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. 

Deputat bildirib ki, əsgərlərimiz görünən düşmənlə vuruşurdu: “Artıq ikinci mərhələdə görünməyən düşmənlər fəaliyyətə başlayıb. Biz erməni vəhşiliyini dünya ictimaiyyətinə təqdim etməli, həmçinin də Azərbaycanın qələbəsini dünyaya çatdırmalıyıq. Pikassonun "Keramika" əsəri var. Yazıçı bir əsərlə Keramika şəhərinin dağıdılmasını bütün dünyaya çatdıra bildi. Bizim yaradıcı şəxlər də bu işdə aktiv rol oynamalıdır”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar