Bayramov Lavrovla danışdı

21.12.2020 16:45     Siyasi reaksiya     56

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş olub.

Azərbaycan XİN-dən Reaksiya.az-a bildirilib ki, nazirlər 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn məsələlərin icrası, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.

Reaksiya.az

Advertisement Banner

Şərhlər