Rasim Məmmədov saxlanıldı - DTX əməliyyat keçirdi

29.01.2021 15:54     Siyasi reaksiya     747

“Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov saxlanılıb.

Reaksiya.az xəbər verir ki, R.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

 

Onun maliyyə maxinasiyası və yeyintidə ittiham edildiyi bildirilir. İş adamı barəsində yaxın zamanda məhkəmənin həbs qətimkan tədbiri seçməsi gözlənilir.

R.Məmmədov AMEA-nın prezidenti Ramiz Mehdiyevə yaxınlığı ilə tanınıb. O, R.Mehdiyevin oğlu Teymur Mehdiyevlə yaxın dost olub.

Reaksiya.az

Şərhlər