BNA-ya məxsus şirkətin rəhbəri dəyişdirildi

04.02.2021 13:04     Siyasi reaksiya     562

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus Zığ Avtoparkı MMC-də kadr təyinatı olub.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, Zığ Avtoparkı MMC-yə rəhbər vəzifəsi İlqar İbrahimova həvalə edilib.

Qeyd edək ki, bu vəzifəni 2021-ci ilin yanvarına qədər Etibar Quliyev icra edirdi.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinə məxsus “Zığ Avtoparkı” MMC-nin nizamnamə kapitalı 142 499 manat təşkil edir.

Reaksiya.az

Şərhlər