Moskvada xarici işlər nazirləri müavinlərinin görüşü olub

10.02.2021 12:18     Siyasi reaksiya     733

Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri müavinlərinin görüşü olub.

Reaksiya.az-ın  Rusiya XİN-ə istinadən məlumatına görə, fevralın 9-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

Görüş zamanı ikitərəfli, regional və beynəlxalq gündəliyə dair aktual məsələlər müzakirə edilib. “Görüş ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri üçün səciyyəvi olan ənənəvi konstruktiv və səmimi şəraitdə keçib”

Reaksiya.az

Şərhlər

Çox oxunanlar